"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Fazil Mustafa: “Bu cinayətdir”

21 Noyabr 2014 - 17:38
in MÖVQE

Bu gün Bakı şəhəri 46 saylı Məktəbdənkənar Tərbiyə işi Mərkəzində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin,teleqraf.com14165763521385805426fazil_mustafa «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyinin və Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə Ümumdünya Yol Qəza Qurbanlarının Anım Günü qeyd olunub.  Teleqraf.com xəbər verir ki, BMT-nin təsis etdiyi bu gün hər il noyabr ayının sonuncu iş həftəsinə təsadüf edir. “Yaşasaydım 25 yaşım olardı” devizi altında keçirilən tədbirdə millət vəkili Fazil Mustafa, müxtəlif təşkilatların nümayəndələri, valideynlər, uşaqlar və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları iştirak edib. Tədbirdə çıxış edən millət vəkili Fazil Mustafa isə belə bir toplantının keçirilməsini ağrılı problemin gündəmə gətirilməsi kimi qiymətləndirib. Onun sözlərinə görə, yol qəzalarının sayının azaldılması ilk növbədə qaydalara riayət edən sürücülərin çoxalmasından asılıdır: “Bu gün biliksiz insana sürücülük vəsiqəsi vermək ağır cinayətdir. Biliksiz adama vəsiqə vermək savadsız həkimə diplom vermək kimi ağır əməldir. İndi təzə dəb yaranıb. İnsanlar bir-birinə sürücülük vəsiqəsi hədiyyə edirlər, bəzən xanımlara sürücülük vəsiqəsini hədiyyə verirlər. Düzdür, xanımlar kişilərə nisbətən daha diqqətli, intizamlı sürürlər. Amma yaxşı olardı ki, sürücülük vəsiqəsinin əvəzinə xanımlara daha dəyərli hədiyyə versinlər. Biliksiz adam sürücülük vəsiqəsi alırsa, bunun ağır nəticələrini biz hər gün yollarımızda görməli oluruq”. Mərasimdə çıxış edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə bildirib ki, bu ilin əvvəlindən noyabrın 10-dək paytaxt ərazisində uşaqların iştirakı ilə baş vermiş 63 yol qəzasında 19 azyaşlı ölüb, 51 nəfər yaralanıb. Ölüm faktlarının sayı ötən ilə nisbətən 1 nəfər artıb.  V.Əsədov deyib ki, azyaşlıların iştirakı ilə baş verən qəzaların əsas səbəbinin 49 faizini sürət həddinin aşılması, 51 faizinin təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması təşkil edir. Tədbirin sonunda yol qəza qurbanlarının xatirəsinə azyaşlı uşaqlar tərəfindən havaya şarlar buraxılıb.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Erməni millətçiləri Qarabağın müstəqilliyi ideyasından imtina etdi

Next Post

Qadın bədəninin ecazkarlığı – FOTOLAR

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post

Qadın bədəninin ecazkarlığı – FOTOLAR

“Sədərək” su altında - Fotolar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.