“Hər kəs tam əmin ola bilər ki, kiminləsə danışıq aparmamışam, seçicinin səsini qazanmışam”

Millət vəkili Fazil Mustafa politoloq Eldar Namazovun onun barəsində səsləndirdiyi ittihama cavab verib:
“Eldar Namazovun Heydər Əliyevin tapşırığı ilə AXCP – dəki öz tay-tuşları ilə münasibət yaratmasını mən bir neçə mötəbərliyinə güvəndiyim şəxslərdən eşitmişəm və dəqiqliyinə əminəm. Ancaq təəssüf ki, həmin şəxslərin özləri açıqlamadığı təqdirdə adlarını çəkməyim etik cəhətdən doğru sayılmaz. Qaldı mənim 3-cü dəfə parlamentə seçilməyimə, hər kəs tam əmin ola bilər ki, kiminləsə danışıq aparmamışam, seçicinin səsini qazanmışam, əgər xüsusi olaraq seçilməyimə mane olmayıblarsa, bunu öz problemim saymıram.
Ümumiyyətlə, bu tip insanlarda belə bir təsəvvür var ki, guya tam demokratik seçki keçirilərsə, bunlar bizə rahatlıqla qalib gələ bilərlər. Bu da real gücümüzü və cəmiyyətdəki dəstəyimizi dərk etməməkdən irəli gəlir. Eldar Namazovlar xarici təşkilatların çətiri olmadan həqiqətən çox çılpaqdırlar, ümid edirəm ki, gələcəkdə istənilən sağlam rəqabət şərtlərində bunu isbatlamaq bizə çətin olmaz. Diqqət edin, ATƏT-in çətiri çəkilib, ABŞ səfirliyinin çətiri çəkilib, bu adamlar artıq mübarizənin heç bir cinahında yoxdurlar. Bu adamların nə keçmişləri, nə də gələcəkləri var, istər iqtidarda, istər də müxalifətdə olsunlar, Azərbaycan üçün zərərli insanlar olduqlarına qətiyyən şübhəm olmayıb. Eldar Namazova da Heydər Əliyevin rəsmi köməkçisi kimi də, Əli Kərimlinin qeyri-rəsmi köməkçisi kimi də həmişə yanaşmam bu cür olub.”
Xatırladaq ki, millət vəkili Fazil Mustafa politoloq Eldar Namazovu vaxtilə Əli Kərimli ilə hökumət arasındakı danışıqlara Eldar Namazovun vasitəçilik etdiyini bildirməsinə sonuncu aşağıdakı şəkildə etiraz bildirmişdi:
“Mən heç kimlə danışıq aparmamışam, vasitəçi olmamışam. 1999-cu ildə istefa vermişəm, Fazil Mustafa isə 2000-ci ildən danışır. Fazil Mustafanın özü qoy desin ki, 3-cü dəfədir parlamentdə necə təmsil olunub, kimlə danışıqlara gedərək mandata yiyələnib?”