“FETÖ ilə mübarizə yanımızda duracaq tək dostumuz Azərbaycandır”.
Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.
Onun sözlərinə görə, Fətullah Gülən tərəfdarlarına qarşı Türkiyədə hüquq çərçivəsində mübarizə davam edəcək: “Onlar ölkə xaricində təşkilatlanmağa və yayılmağa çalışırlar. Ona görə də bu istiqamətdə mübarizəmizi davam etdirəcəyik. Türkiyə Azərbaycanla hər mövzuda açıq şəkildə əməkdaşlıq edir. Biz təcrübəmizi Azərbaycanla uyğun kanallarla paylaşmağa davam edirik”.




