İranın müxalifət saytları yazır ki, Məhəmməd peyğəmbəri təhqir etdiyi iddia olunan İnternet fəalına ölüm hökmü qüvvədə saxlanıb. Süheyl Ərərbi ötən il İslam İnqilab
Keşıkçiləri Qvardiyası tərəfindən həbs olunub. Onun feysbukda müxtəlif adlar altında postlar yerləşdirdiyi bildirilir.
Elchi.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,Ərərbinin həyat yoldaşı Nəstəran Nəimi deyib ki, fəala qarşı yeganə sübut onun olduğu iddia olunan feysbuk postlarının çap formasıdır. Xanımın sözlərinə görə, əri fotoqrafdır, həmin postların heç də hamısını özü yazmayıb.
Son aylar İranda bir neçə feysbuk fəalı həbs olunub.



