
Xəzər Rayon İcra Şöbəsi Fövqəladə Hallar Nazirliyinin giziri Ceyhun Məmmədovu qanunsuz olaraq həbs edib. 5 sutkalıq həbs cəzası verilən gizirin dövlət qurumlarına müraciətindən sonra məsələ araşdırılıb. FHN-dən qanunsuz həbsə dərhal reaksiya verilib, həbs qərarından apelyasiya şikayəti məhkəməyə təqdim olunub. İnzibati Xətalar Məcəlləsinin15.3-cü maddəsinin tələbinə görə hər bi qulluqçu ya mülki iş üzrə həbs verilə bilməz. C.Məmmədov həbsindən əvvəl Xəzər Rayon İcra Şöbəsinin rəisi Mübariz Məmmədova onun Fövqəladə Hallar Nazirliyinin giziri olmasını təsdiqləyən arayış təqdim edib. Lakin şöbə rəisi həmin arayışı bir kənara tullayaraq gizirin inzibati qaydada həbsinə yol açan qərar verib. Məhkəmə gizirin həbsindən dolayı verilmiş apelyasiya şikayətini təmin edib. Yaranmış durumla bağlı Ədliyyə Nazirliyində xidməti yoxlama başlanıb.



