“Qəbələ rayonu ərazisində təhlükəli nəticələrə səbəb olmuş hər hansı təbiət hadisəsi baş verməyib”.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən daxil olan məlumatda bildirilir.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə və bəzi KİV-də Qəbələ rayonunda leysan xarakterli yağışların selə çevrildiyi, bir çox insanın həyatına təhlükə yarandığı barədə məlumatlar yayılıb.
Nazirlik bildirib ki, təhlükəli nəticələrə səbəb olmuş hər hansı təbiət hadisəsi baş verməyib: “Yağan yağışlar nəticəsində bir neçə evin həyətyanı sahəsinə su dolub. Nəticənin aradan qaldırılması ilə bağlı tədbirlər görülür”.




