Qəbələnin Hacıalılı kəndində həyətyanı sahələr yağış sularından təmizlənib.
Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Hacıalılı kəndində yağış sularının həyətyanı sahələrə dolması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən su basan ərazilərdə su çəkmə işləri aparılıb.



