
Azərbaycanın sıçrayışı diqqət çəkib.
Təmsilçimizin qazandığı 53 əmsal 11 pilləlik irəliləyişə kifayət edib. Oyun keçirməyən millimiz planetin ən çox irəliləyən 3 yığmasından biridi. Milli futbol matçları sarıdan kasad olan may ayında (ümumilikdə 7 yoldaşlıq oyunu keçirilib) ölkəmiz Yeni Zelandiya (19 pillə) və Madaqaskarın (16) ardından 3-cü nəticəni göstərib. Azərbaycanın 439 xalı var.
…74 (78). Keniya – 46375
(75). Birləşmiş Ərəb Əmirlikləri – 450
76 (87). Azərbaycan – 439
77 (80). Suriya – 436
77 (76). Trinidad Tobaqo – 436…
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də 3-nün mövqeyində dəyişiklik qeydə alınıb. Almaniya və San Marino yerlərində qalıblarsa, Şimali İrlandiya 2, Norveç 1 pillə geriləyib. Yığmamız kimi, Çexiya da irəliləməyi bacarıb.
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası üzrə C qrupu
3 (3). Almaniya – 1511
28 (26). Şimali İrlandiya – 837
44 (46). Çexiya – 690
87 (86). Norveç – 391
204 (204). San-Marino – 12
Dünyanın ən güclü 10 komandasının mövqeyində ciddi bir dəyişiklik olmayıb. Yalnız Polşa bir pillə irəliləyərək, ilk “10-luğ”a daxil olub. Bu komanda İspaniya ilə birlikdə 10-cu yeri bölüşür.
İlk “onluq”
1 (1). Braziliya – 1715
2 (2). Argentina – 1626
3 (3). Almaniya – 1511
4 (4). Çili – 1422
5 (5). Kolumbiya – 1366
6 (6). Fransa – 1332
7 (7). Belçika – 1292
8 (8). Portuqaliya – 1267
9 (9). İsveçrə – 1263
10 (11). Polşa – 1198
10 (10). İspaniya – 1198



