FİFA 2022-ci ildə Qətərin ev sahibliyi edəcəyi dünya çempionatına futbolçu göndərən klublara 209 milyon dollar ödəyib.
Elchi.az xəbər verir ki, “Klub Qrantları Proqramı” çərçivəsində FIFA altı konfederasiyadan olan 440 kluba, ümumilikdə 837 oyunçuya, bir klubun oyunçusunun turnirdə keçirdiyi günlərin sayına və turnirin başlamazdan əvvəl bir həftəlik rəsmi hazırlıq dövrünə görə 209 milyon dollar ödəyib.
Ödənişli klublardan 78-i ikinci, 13-ü üçüncü, 5-i dördüncü, biri isə beşinci liqalarda çıxış edir.
Klublar 2010-cu il dünya çempionatından bəri FİFA-dan yardım alırlar. Ödənişlər matçlarda oynayıb-oynamamasından asılı olmayaraq bütün oyunçular üçün edilir, FİFA isə gündə 10950 dollar ödəyir.
FİFA 2026 və 2030-cu il dünya çempionatları proqramı çərçivəsində klublara 355 milyon dollar bağışlayacaq.
Şayəstə Hüseynova




