"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Fikrət Yusifov avronun ucuzlaşma səbəblərini göstərdi

27 Yanvar 2015 - 15:55
in İQTİSADİYYAT, SOSİAL

“Bu, dünyada yeganə böyük gücün uzun müddət üçün nəzərdə tutduğu və hələ ki, çox uğurla apardığı iqtisadi siyasətin tərkib hissəsidir”

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Neft yenidən bahalaşdı

Sadə məntiq

“fikret_yusifovvvSon günlər mətbuatda avronun kursunun aşağı düşməsi ilə əlaqədar geniş müzakirələr aparılır. Ölkəmiz avrozona ölkələri ilə sıx iqtisadi əməkdaşlıq şəraitində olduğundan bu prosesin bizə təsirsiz ötüşəcəyini demək olmz. Əgər bura həm də Mərkəzi Bankın rezervlərinin və Neft Fondunun aktivlərinin bir qisminin avro ilə yerləşdirilməsini də əlavə etsək, onda avronun kursunun aşağı düşməsindən əldə edilə biləcək müsbət nəticələrlə yanaşı, müəyyən itkilərin gözləndiyini də qeyd etmək lazımdır”.

Bu fikirləri mətbuata açıqlamsında “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin BİAB sədri professor Fikrət Yusifov bilidirib. BİAB sədri Mərkəzi Bankın rezervlərinin və Neft Fondunun aktivlərinin bir qisminin avro ilə yerləşdirilməsindən gözlənilən itkilərə də aydınlıq gətirib.

Onun sözlərinə görə, dünya maliyyə bazarlarında aparılan hər bir əməliyyatın müxtəlif risk dərəcələri mövcuddur. Yəni bu əməliyyatlardan hər hansı birinin itkilərdən yüz faiz sığortalanması mümkün deyil. Bunun əksi də baş verə bilir. Vəsaitlərin yerləşdirildiyi valyutanin kursu qalxdığı hallarda bu əməliyyatların onu aparan tərəf üçün gözlənilməyən gəlirlər gətirməsi də mümkündür: “Belə əməliyyatlar zamanı risklərin minimuma endirilməsini təmin edə biləcək kriteriyalardan biri və ən başlıcası rezervlərin yerləşdirildiyi valyutaya sahib ölkənin (və ya ölkələrin) iqtisadiyyatinın güclü və sabit olmasıdır. Heç kəs öz maliyyə vəsaitlərini iqtisadiyyatı üçüncü və ya ikinci səviyyədə olan, sabitliyinə kifayət qədər təminat olmayan ölkələrin valyutasında yerləşdirmək qərarı verə bilməz.

Təbii ki, burada siyasi motivlərlə hansısa tərəflərin bəzən belə addım atması halları istisna olunur. Qalan hallarda bu əməliiyatı aparan hər bir tərəf onu güclü və sabit iqtisadiyta malik ölkələrin valytalarında etməyə cəhd göstərir. Bu mənada Mərkəzi Bankın və Neft Fondunun rezervlərinin bir qisminin avroda saxlanılması başa düşüləndir”.

Avronun kursunda aylar üzrə qeydə alınan dəyişmələri diqqətə çatdıran F.Yusifov deyib ki, keçən il mayın əvvəlində bir yevro 1,39 ABŞ dolları olduğu halda, bu kurs həmin ilin avqust ayının axırlarında 1,31, sentyabrın sonlarında 1,26, dekabrın sonunda 1,21, ABŞ dolları olub, cari ilin əvvəlindən isə kursun aşağı düşməsi daha kəskin şəkil alıb. Bu ilin yanvar ayının əvvəlindən 27 yanvar tarixə qədək kurs daha 0,09 dollar aşağı düşərək 1,12 ABŞ dolları təşkil edib və heç şübhə yoxdur ki, bu ənənə hələ bir xeyli müddət davam edəcəkdir.

Super güc nümayişi

BİAB sədri keçən ilin ortalarından başlayaraq avronun dəyərdən düşməsinin əsil səbəbləri barədədə danışıb: “Burada iki başlıca səbəb var. Birincisi odur ki, ABŞ Federal Rezerv Sistemi uzun illərdən bəri davam edən həddindən artıq ucuz pul siyasətini tədricən dəyişmək və bu siyasətin aparıldığı dövrdə praktik olaraq sifr dərəcəyə qədər endirilmiş baza faiz dərəcələrini qaldırmaq qərarı verib.

Belə addımın atılması uzun illərdən bəri aparılan ucuz pul siyasətinin Amerika iqtisadiyyatı üçün gözlənilən nəticələrə gətirib çıxarmasından sonra mümkün oldu. Artıq Amerika iqtisadiyyatı lazım olan iqtisadi artıma nail olub. Bu dönəmdə tənəzzül keçirən Avropa ölkələrinin iqtisadiyyatını qaldırmaq məqsədilə Avropa Mərkəzi Bankı vaxtilə ABŞ Federal Rezerv Sisteminin ABŞ-ın iqtisadiyyatı durğunluq keçirdiyi dövrlərdə apardığı siyasəti – ucuz pul siyasətini Avropada təkrarlamaq qərarı verdi və daha doğrusu belə qərar verməyə məcbur oldu.

Bu siyasəti reallaşdırmaq üçün Avropa Mərkəzi Bankı müəyyən etdiyi proqramla yaxın illər ərzində dövriyyəyə 1 trilyon avrodan çox vəsait buraxmağı nəzərdə tutur və çox güman ki, Avropa Mərkəzi Bankının bu kursu Avropa ölkələrinin hal hazırda yerində sayan iqtisadiyyatında lazımı artım əldə edilənə qədər – yəni ilkin olaraq nəzərdə tutulduğundan daha uzun müddət ərzində davam edə biləcəkdir. Avronun kursunun kəskin şəkildə aşağı düşməsinin əsil səbəbi məhz budur”.

F.Yusifov onu da vurğulayıb ki, dollar öz sabitliyini bərpa edib möhkəmləndiyi dönəmlərdə adətən inkişaf etməkdə olan ölkələrin milli valyutaları zəifləməyə başlayır və hətta dolların həddindən artıq möhkəmlənməsi faktı sonda inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında böhran meyllərinin baş qaldırmasına gətirib çıxarır: “Dollar möhkəmləndikcə onda yerləşdirilən rezervlərin həcmi böyüyür və sonda bir çox ölkələr daha çox vəsaitləri ABŞ-ın xəzinə öhdəliklərinin alınmasına yonəltməklə borclanmaya üstünlük verməyə başlayırlar. Əslində bütün baş verənlər dünyada yeganə böyük güc olan ABŞ-ın uzun müddət üçün nəzərdə tutduğu və hələ ki, çox uğurla apardığı bir proqramın tərkib hissəsidir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukrayna parlamenti Rusiyanı təcavüzkar dövlət kimi tanıyıb

Next Post

“Qara qartal” ev sahibinə qarşı amansız oldu (VİDEO)

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Next Post

“Qara qartal” ev sahibinə qarşı amansız oldu (VİDEO)

Bakıda avtobus ölümə səbəb oldu

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.