"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Fikrət Yusifov: “İnvestisiya layihələri büdcədən deyil, Neft Fondundan maliyyələşməlidir”

21 Aprel 2015 - 16:14
in İQTİSADİYYAT

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Fikrət Yusifov: “İnvestisiya layihələri büdcədən deyil, Neft Fondundan maliyyələşməlidir”
 “Dövlət büdcəsinin neftdən asılılığını ardan qaldırmaq neft hasilatı ilə məşğul olan ölkələrin hədəflədiyi əsas məsələlərdən biridir. Səbəb bəllidir. Dünya bazarlarında neftin qiymətləri aşağı düşdüyü halda, həmin ölkələrin hökumətləri vəsait itkisi problemi ilə üz-üzə qalırlar. Bəs bundan yaxa qurtarmağın ən radikal yolu nədən ibarət ola bilər? Yaxud bu ölkələrdə büdcənin neftdən asılılığını aradan qaldırmaq nə qədər realdır?”
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov hesab edir ki, bu kimi suallara cavab vermək üçün birinci növbədə uğuru təcrübələrə istinad etmək lazımdır: “Məsələn, neft hasilatı ilə məşğul olan ölkələr içərisində təqdirə layiq nəticələr Norveçdə əldə olunub. Artıq illərdir ki, bu ölkədə neft və qaz satışından əldə olunan yüksək mənfəətin böyük bir hissəsi dövlətin Neft Fondunda cəmlənir (2006-cı ildən bu fondun adı  dəyişdirilərək Norveçin Dövlət Pensiya Fondu adlandırılsa da onun pensiya fonduna aidiyyatı yoxdur və mahiyyət etibarilə bu, neft fondudur). Hökumətin 2001-ci ildə qəbul etdiyi qanunla qeyri neft sektorunun hesabına formalaşan büdcədəki kəsirin maksimal həddi Neft Fondunun vəsaitlərinin ümumi həcminin 4%-dən yuxarı ola bilməz. Bu məhdudiyyətin tətbiqində məqsəd, büdcənin neftdən asılılığını minimum həddə saxlamaqla dünya bazarlarında neftin qiymətləri dəyişdiyi hallarda bu proseslərin ölkə büdcəsinə təsirini azaltmaqdan ibarətdir. Fondun vəsaitlərinin həcmi hazırda 700 milyard ABŞ dolları həcmindədir. 2020- ci ilə bu rəqəmin 900 milyard dollara çatdırılması proqnozlaşdırılır. Fond Maliyyə nazirliyinə məxsusdur. Lakin onun vəsaitlərinin sərəncamçısı kimi Norveç Bankının İnvestisiya idarəsi çıxış edir. Fondun vəsaitlərinin 60%-dən çoxu aksiyalarda, haradasa 35%-i istiqrazlarda yerləşdirilmişdi. Hesab edirik ki, neft hasil edən ölkələr arasında bu, ən uğurlu təcrübədir”.
Bununla belə, F. Yusifov hesab etmir ki, Azərbaycan eynilə Norveçin yolunu təkrar etməlidir: “Bunun özü real deyil. Çünki hər bir ölkənin öz inkişaf yolları mövcuddur və neft fonduna yığılan vəsaitlər də buna uyğun şəkildə istifadə olunmalıdır. Norveç yolunu təkrar etməyə ehtiyac yoxdur. Biz hələ milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiya olunması yolunun başlanğıcında olduğumuzdan, təbiətin  bəxş etdiyi imkandan istifadə edib neft pulları hesabına ilk növbədə milli iqtisadiyyatın, xüsusilə də onun qeyri neft sektorunun yüksək səviyyədə qurulmasını təmin etməliyik. Lakin hesab edirik ki, bu vəsaitlərin dövlət büdcəsi vasitəsilə deyil, Neft Fondu vasitəsilə istifadə edilməsi daha doğru yol kimi nəzərdən keçirilə bilər. Məsələn, hazırda Dovlət büdcəsindən investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən vəsaitləri birbaşa Dövlət Neft Fondunun büdcəsində nəzərdə tutub, onları oradan maliyyələşdirmək  daha optimal yol kimi görünür. Belə olacağı halda büdcənin neft qiymətlərindən asılılığı da minimuma enər. Neft Fondundan büdcəyə ediləcək birbaşa transfer istisna edilməklə Dövlət büdcəsinin vəsaitləri (büdcədən maliyyələşən investisiya layihələri istisna olunmaqla) yerdə qalan bütün xərcləri tam qarşılamağa imkan verir. Məsələyə bəzi müəlliflərin yazdıqları kimi yanaşsaq, yəni büdcəyə neft sənayesindən daxil olan vergiləri nəzərə almasaq belə, bu halda da büdcənin bütün xərclərini qeyri neft sektorundan daxilolmalar hesabına maliyyələşdirmək mümkündür. Bu addım ölkədə qeyri neft sektorunun inkişafına da güclü təkan vermiş olar”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu ölkədən qaçmaq lazımdır deyənlərə…

Next Post

Rusiya İsrailin sifətinə tüpürdü – Qalmaqallı silah ixracına ŞƏRH

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Rusiya İsrailin sifətinə tüpürdü – Qalmaqallı silah ixracına ŞƏRH

“Müğənni də ora-burasını açır ki...”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.