"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Fil əmən azərbaycanlılar

16 Fevral 2015 - 14:17
in MARAQLI

Bunu da oxuyun

Yer səthinin altında nəhəng okean aşkar edilib

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

filBakının yeni trendi – fil, kərgədan, yoxsa kenquru südü?

“Yarmarkadan litri 1 manatdan qatıq aldım, yeyə bilmədim. Quru süddən düzəldilibmiş. Halbuki, satıcı and-aman eləyirdi ki, Beyləqandan gətirib”.

Bunu ANS PRESS-in əməkdaşı ilə söhbətində Bakıda heyvan alveri ilə məşğul olan Ağcabədi sakini bildirir. “Camaatı aldatmaq üçün içinə ocaq iyi verən maddə də qatıblar. Müştəriyə deyirlər ki, bəs, Haramı düzündə ocaqda bişirilmiş süddən düzəldilib”,- deyə kənd məhsullarından başı çox yaxşı çıxan ağcabədili deyir. Sonra da özü öz dediklərinə izah verir: “Beyləqanda südün litri 70 qəpikdir. Heç kimi rayonda çiy halda 70 qəpikdən satılan süddən qatıq düzəldib Bakıda 1 manata satmaz. Bunun bişirilmə xərci, qabı, Bakıya gətirmə haqqı var. Təbii ki, quru süddən düzəldilmiş məhsuldur”.

ANS PRESS-in araşdırmasına görə, Bakıda bu üsulla qatıq düzəldənlər təxminən 3 dəfə artıq pul qazanırlar. Onlar əsasən nisbətən keyfiyyətli quru süddən istifadə edirlər ki, həmin məhsul emal olunmamış süddən qurudulur. MDB bazarında bu cür quru südün kiloqramını topdansatış 1,5 dollara almaq olur. Təxminən 200 qram quru süddən bir litr qatıq almaq olur, belə məhsulun kiloqramı təxminən 25 qəpiyə düşür. Qablaşdırma və s.-lə birlikdə toplam xərclər 30 qəpiyə qalxır. Amma bəzi “peşəkar” qatıq düzəldənlər çox orijinal üsülla bazara məhsul çıxarırlar. 0,8 litrlik bankların alt qisminə keyfiyyətsiz , kiloqramı 0,7 dollardan satılan quru süd məhlulu tökülür və qatıq mayası – çalası vurulur. Bir müddət keçdikdən sonra həmin məhsul bir qədər bərkiyir. İkinci mərhələdə onun üzərinə 1,5 dollarlıq quru südün məhlulu tökülür. Bakıda bankası 1 manatdan geniş satılan bu məhsulun istehsalçıları qoyduqları 1 manat qarşılığında 5 manata qədər pul götürürlər.

Təbii ki, şəhərdə geniş istehlak edilən bu məhsulların elə bir ciddi ziyanı yoxdur. Onların saxta olduğunu yalnız kənddə mal-qoyun arasında böyümüş insanlar bilir. Bəzi “istehsalçılar” hətta quru südü üzsüz, qaymağı tam çəkilmiş südə qismən quru süd qataraq bazara çıxarır ki, belə məhsulun saxta olduğunu yalnız laboratoriya şəraitində bilmək olur. Amma istənilən halda, quru süddən düzəldilmiş məhsulların faydası təbii məhsullarla müqayisədə çox aşağıdır. Rusiya Südçülər İttifaqının məsul katibi, südçülük sahəsində tanınmış alim Larisa Abdullayeva bildirir ki, quru süddən hazırlanmış süd məhsulları keyfiyyətinə görə, təbii süddən hazırlanmış məhsullardan qat-qat geri qalır. Çünki quru südün istehsalı zamanı faydalı mikroorqanizmlər məhh olur, fermentlər parçalanır, südün tərkibində B2 vitamini 20 faiz azalır. “Rusiya qanunlarına görə, Rusiyada quru süddən içməli süd istehsal qadağan edilir. Belə məhsul süd adlandırıla bilməz. Quru süddən hazırlanmış digər süd məhsullarının üzərində də mütləq quru süddən hazırlandığı qeyd edilməlidir”,- deyə Larisa Abdullayeva bildirir.

Amma təəssüf ki, Azərbaycanda süd məhsullarının istehsalçıları üçün belə tələblər qoyulmur və onlar quru süddən hazırladıqları məhsulları təbii süd adı altında bazar çıxarırlar. Təxmini ehtimallara görə, Azərbaycanda şirkətlər 400 min litr ekvivalentində süd məhsulu istehsal edirlər. Bəzi şirkətlər istehsal zamanı təxminən 20 faiz təbii süd işlədirlər. Əksər şirkətlərin avadanlığı isə yalnız quru südə əsaslanıb. Dövlət Statistika Komitəsinin məlumatları araşdırıldıqda aydın olur ki, şirkətlər əsasən ən ucuz quru süddən istifadə edirlər – ölkəyə gətirilən quru südün yalnız 25%-nin kiloqramının qiyməti 1,3 dollardır. 75 faizinin isə kiloqramının qiyməti 0,65 – 0,70 dollar ətrafında dəyişir. Yəni südün litri 12-14 qəpiyə düşür. Təbii ki, belə olan şəraitdə şirkətlər əhalidən litri 50 qəpikdən süd almaqda maraqlı olmurlar. Böyük ehtimalla, bəzi şirkətlərə məxsus yardımçı təsərrüfatlarda əldə edilən süd də heç bir emal edilmədən baha qiymətə bazara çıxarılır – presticli otellərə və restoranlara satılır.

Şikətlər isə istehsalda tam yağsızlaşdırılmış quru süddən istifadə edirlər. Həmin südün yağlılığını artırmaq üçün bitki mənşəli yağlardan, özəlliklə palma yağından istifadə edirlər. Məsələn, 1 kiloqram pendir düzəltmək üçün 0,5 kiloqram nisbətən bahalı (kiloqramı 1,3 dollardan) olan quru süd lazımdır. Bu südün də yağlılığı aşağıdır, amma 70 dərəcədən aşağı temperaturda qurudulduğu üçün nisbətən bahalıdır (Qaynatmaqla qurudulmuş süddən pendir düzəltmək mümkün deyil – red.). Belə pendirin kiloqramı 1 manata başa gəlir və şirkətlər bu məhsulu supermarketlərə 3-4 manatdan verirlər. Təbii, kağız üzərində bu qiymət əsaslandırılır – əhalidən litri 40-50 qəpikdən süd alındığı, 1 kiloqram pendir düzəltmək üçün 7 litrə süd işlədildiyi göstərilir və s.

Bu, öz yerində, amma şirkətlərdə istifadə edilən südün mənbəyi bilinmir. Məsələyə nisbətən yaxın adamların bəziləri Azərbaycanın idxal etdiyi südün fil südü, bəziləri isə Avstraliyadan gətirildiyi üçün kenquru südü olduğunu iddia edirlər. Maral, dəvə və ya lama südü olduğunu da iddia edənlər az deyil. Buna görə də əhali arasında şirkətlərin istehsal etdiyi məhsullar əhali arasında elə də populyar deyil. Buna görə şəhərlərdə süd məhsullarının istehlakı normadan 3 dəfə aşağı olaraq adambaşına ildə 80 litr təşkil edir. Təbii ki, süd məhsullarından bu qədər az istifadə bir çox fəsadlara (qısa boyluluq, sümük problemləri və s.-ə) səbəb olur.

Amma şirkətlərin palma yağından istifadə edərək düzəltdiyi saxta süd məhsulları isə birbaşa xərçəngə aparır. Araşdırmalar göstərir ki, palma yağı bədən temperaturundə ərimir və buna görə də bədəndə yığılaraq xərçəngə səbəb olur. Son illər Azərbaycanda xərçəngin sürətlə artmasında yəqin ki, bunun da böyük rolu var.

ANS PRESS

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Xəzəri Bakıda böləcəklər

Next Post

Oğlu ölən kişi polisləri ayağa qaldırdı (FOTO)

Bənzər yazılar

Yer səthinin altında nəhəng okean aşkar edilib

Yer səthinin altında nəhəng okean aşkar edilib

16 Aprel 2024 - 13:00

Alimlər Yer qabığında nəhəng okean aşkar ediblər. Oken planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir. Elchi.az bu barədə Theplanetstoday.com-a...

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

13 Aprel 2024 - 13:57

Dünyada rekordlar qıran Ginnesin Rekordlar Kitabı dünən 'dünyanın ən yaşlı birləşmiş əkizləri' rekorduna sahib olan Lori və Corc Şappelin 62...

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

27 Mart 2024 - 20:24

Hər il minlərlə turistin ziyarət etdiyi bu adada nə polis, nə qəbiristanlıq, nə işıq, nə içməli su, nə də kanalizasiya...

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

05 Mart 2024 - 11:21

Finlandiyalı mütəxəssislər hansı it cinslərinin aqressiv olduğunu öyrənmək üçün araşdırma aparıblar. Elchi.az Theplanetstoday.com-a istinadənm xəbər verir ki, onlar həmçinin növlərə...

Next Post

Oğlu ölən kişi polisləri ayağa qaldırdı (FOTO)

Xəzərdə dalğıc boğuldu

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.