Fildişi Sahilinin içərilərindəki kəndlərdən birində oxşar simptomlarla 9 nəfərin ölümü ölkədə “müəmmalı xəstəlik” şayiələrinə səbəb olub.
Elchi.az xəbər verir ki, Afrikanın Fildişi Sahilinin ikinci böyük şəhəri Bouake yaxınlığındakı Nyanqban kəndində ürəkbulanma, qusma, ishal və halsızlıq şikayətləri ilə ümumilikdə 71 nəfərin və 9 nəfərin xəstəxanaya yerləşdirildiyi ifadə edilib.
İctimaiyyətdə “müəmmalı xəstəlik” kimi qələmə verilən xəstəlikdən dünyasını dəyişənlərin əksəriyyətinin uşaqlar olduğu qeyd edilsə də, ölümlərə “tərkibində pestisid olan qarğıdalı unu sıyığı”nın səbəb ola biləcəyi iddia edilib.
Səhiyyə Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.
İlin əvvəlindən Fildişi Sahilində baş verən 5 kütləvi qida zəhərlənməsi hadisəsi nəticəsində 131 nəfər xəstəxanaya yerləşdirilib, 32 nəfər dünyasını dəyişib.
Bir neçə ailənin bir araya gələrək birgə yemək bişirdiyi kənd yerlərində kənd təsərrüfatı məhsullarını saxlamaq üçün istifadə olunan pestisidlər tez-tez kütləvi qida zəhərlənməsinə səbəb olur.
Şayəstə Hüseynova





