"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Filip Rikerin Ermənistan səfərindən ÇIXAN NƏTİCƏLƏR – Təhlil

12 Sentyabr 2022 - 15:22
in SİYASƏT

“ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker regiona səfəri çərçivəsində Ermənistanda olub. Rikerin Ermənistana səfəri çərçivəsində üç gün bu ölkədə qalması diqqət çəkib.
Qeyd edim ki, ABŞ Dövlət katibi Entoni Blinken diplomat Filip Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib. Filip Riker həmçinin “ABŞ-ın Minsk Qrupundakı həmsədri” titulunu da daşıyır”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu barədə politoloq Turan Rzayev Feysbuk hesabında qeyd edib:

“Rəsmi Bakı indiki məqamda bu titulu qəbul etmir. Bu mənada Riker İrəvana “ABŞ-ın Minsk Qrupundakı həmsədri” olaraq gəlsə də, Bakıda o, sadəcə ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi kimi qarşılanacaq.
Paşinyanla görüş
Filip Riker İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə edib.
Ümumiyyətlə, ABŞ mövcud münaqişənin qısa zamanda bitməsini və tərəflər arasında sülhün əldə edilməsini istəyir. Digər tərəfdən Vaşinqton vasitəçilikdə Moskva və Brüsseldən geri qaldığını da yaxşı başa düşür. Ona görə də rəsmi Vaşinqton Filip Rikeri bölgəyə göndərir və bununla “bölgədə biz də varıq” mesajını verməyə çalışır.
Lakin Vaşinqtonun regiona və münaqişəyə baxışı Bakı üçün heç də məqbul və konstruktiv deyil. Amerikalı diplomat səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla da görüşüb. Ararat Mirzoyan Filip Rikerlə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıyla yanaşı, Qarabağ mövzusunu da müzakirə edib.
Əlbəttə ki, Riker səfər çərçivəsində istədiyi erməni rəsmisi ilə görüşə bilər, lakin istədiyi mövzunu müzakirə edə bilməz. Xüsusilə də Ermənistan-Azərbaycan münsibətlərinin normallaşmasında maraqlı olan bir ölkə indiki məqamda İrəvanda rəsmi Bakının qırmızı xətti olan Qarabağ mövzusunu müzakirə etməməlidir.
Qarabağ Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləridir və bu mövzu üçüncü ölkələrin müzakirə predmeti ola bilməz. Rikerin erməni rəsmilərlə bu mövzunu müzakirə etməsi özlüyündə ərazi bütövlüyümüzə hörmətsizlikdir.
Riker – Rubinyan görüşü və Ankara-İrəvan münasibətləri
Filip Riker Ermənisana səfəri çərçivəsində Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanla görüşüb. Tərəflər Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin hazırkı mərhələsindən bəhs edib.
Rubinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin hazırkı mərhələsini və Ermənistanın mövqeyini Filip Rikerə təqdim edib. Görüş zamanı Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin əldə etdiyi razılaşmaların həyata keçirilməsinin vacibliyi də vurğulanıb.
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ABŞ üçün də maraqlıdır. Ermənistanın Qərbə inteqrasiyası və Rusiya təsirindən çıxması üçün bu həyati əhəmiyyət kəsb edən məsələdir. Türkiyə-Ermənistan sərhəddinin bağlı olması hazırda bu prosesə əsas maneədir. Ankarının mövqeyi isə bu məsələdə Bakı ilə eynilik təşkil edir. Bu baxımdan Rubinyan Rikerdən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında ABŞ-ın vasitəçi olmasını istəyə bilər.
Bununla belə, Türkiyənin bu məsələdə mövqeyinin dəyişəcəyini düşünürəm. Bakı və Ankara strateji tərəfdaşdır və Ermənistan-Azərbaycan münasibətləri normallaşmadığı təqdirdə Ermənistan-Türkiyə münasibətlərinin də normallaşması real deyil.
Digər tərəfdən, ABŞ-ın bu məsələyə də yanaşması konstruktiv deyil. Məsələ ondadır ki, Filip Riker Ermənistana səfəri çərçivəsində ilk olaraq qondarma “erməni soyqırımı” memorialını ziyarət edib. Baydenin “soyqırım” ifadəsini dilə gətirməsindən sonra Rikerin də memorialı ziyarət etməsi Vaşinqtonun bu məsələyə real yanaşmasını göstərir”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Baş nazir Ağsuda müşavirə keçirdi

Next Post

DİM bu imtahanın nəticələrini açıqladı

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Sabah rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatacaq

DİM bu imtahanın nəticələrini açıqladı

Rus hərbçilərin olduğu bina məhv edildi

Xersonda bu ərazilər azad olundu - Rəsmi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.