Filippinin Mayqatasan bölgəsinin şimal-qərbində 5,4 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Filippində zəlzələ baş verdiyini açıqlayıb.
Ölkənin Mayqatasan bölgəsinin şimal-qərbində baş verən zəlzələnin maqnitudası 5,4, yerin 12,4 kilometr dərinliyində baş verdiyi bildirilir.
Zəlzələ ilə bağlı hələ ki, tələfat barədə məlumat verilməsə də, sunami xəbərdarlığı edilməyib.
Dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Filippin “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.
Nuranə Məmmədova






