Filippin Mülki Aviasiya İdarəsi (CAAP) bildirib ki, Filippin bomba hədələrindən sonra arxipelaqdakı 42 hava limanında təhlükəsizliyi gücləndirib.
Elchi.az xəbər verir ki, “42 kommersiya hava limanı bu günə qədər yüksək hazırlıq vəziyyətinə gətirilib”, – CAAP-ın bəyanatında deyilir.
Maniladan Puerto Princesa, Mactan-Sebu, Bicol və Davao Beynəlxalq Hava Limanlarına gələn təyyarələrdə bombaların partlatılacağı ilə bağlı Hava Nəqliyyatı Xidmətinə xəbərdarlıq aldığı açıqlanıb.
Məlumat yoxlanılarkən bütün hava limanlarında dərhal gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilir”. deyildi.
Şayəstə Hüseynova





