Filippinin Mindoro adasında 5,7 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, EMSC (Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi) məlumatlarına görə, Filippinin Mindoro adasında 5,7 bal gücündə zəlzələ baş verib.
Sözügedən 5,7 bal gücündə zəlzələ saat 11:23-də yerin 78 km dərinliyində baş verib. Sözügedən zəlzələ Filippinin Silanq şəhərindən 63 km, Nasuqbu şəhərindən isə 24 km aralıda baş verib.
Sözügedən zəlzələdən sonra EMSC sistemi vasitəsilə sunami xəbərdarlığı edilib.
Şayəstə Hüseynova






