Finlandiya Rusiya səfirliyindən 9 diplomatı kəşfiyyat üçün işləməkdə ittiham edərək Helsinkiyə göndərəcək.
Elchi.az bu barədə Reuters.com-a istnadə xəbər verir.
Ölkə prezidentinin ofisindən məsələ ilə bağlı bildirilib:
“Onların hərəkətləri Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına ziddir”.
Bu barədə qərar Finlandiya prezidenti Sauli Niinisto ilə ölkənin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Nazirlər Komitəsi arasında keçirilən görüşdə qəbul edilib. Eyni zamanda Skandinaviya qonşuları olan Norveç və İsveç də son aylarda rus diplomatlarını onların əslində kəşfiyyatçı olduqlarını iddia edərək ölkədən çıxarıblar.
Rusiya diplomatlarının qeyri-qanuni fəaliyyətlə məşğul olduğunu, Norveç və İsveç diplomatlarını ölkədən çıxarmaqla cavab tədbirləri gördüyünü inkar edir.
Yeganə






