Fin əsgərləri Rusiya ilə sərhəddə maneələr qurmağa başladılar. Elchi.az xəbər verir ki, bu barədə Laplandiya sərhədçisinin “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.
Qeyd olunur ki, Finlandiya Müdafiə Qüvvələri Laplandiyaya qaçqınların qəbulu aparılan çoxtərəfli yol keçid məntəqəsi Sallaya gəlib.
“Müdafiə Qüvvələrinin rəsmi dəstək xidməti Sallaya gəlib. Sərhəd keçid məntəqəsindən kənarda yerdə birgə müvəqqəti maneələr qurmağa başlayırıq”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, Salla sərhəd-keçid məntəqəsi Rusiyanın Murmansk vilayətinin Kandalakşa şəhərindən 170 kilometr aralıda yerləşir.
Havar Şəfiyeva






