Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib ki, Finlandiya İsveçlə eyni vaxtda NATO-ya daxil olmaq planına sadiq qalır.
Elchi.az–ın Reuters-ə istinadən verdiyi məlumata görə, Helsinkidə keçirilən mətbuat konfransında Haavisto deyib:
“Bizim İsveçlə NATO-ya daxil olmaq üçün hələ də böyük arzumuz var”.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Stokholmla münasibətlərin gərginləşməsi fonunda Ankara İsveçdən əvvəl Finlandiyanın NATO üzvlüyünə razılıq verə bilər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da oxşar bəyanatla çıxış edib.
Yeganə




