Elchi.az xəbər verir ki, Finlandiya rəsmi olaraq Şimali Atlantika Alyansının üzvü oldu. Belə bir bəyanatla çərşənbə axşamı, aprelin 4-də Polşanın baş naziri Mateuş Moravetski çıxış edib.
“Finlandiya hazırda NATO-dadır. Təbrik edirik! Bu günə olan məlumata görə, alyans 31 ölkədən ibarətdir”, – Polşa hökumətinin başçısı özünün “Twitter” hesabında yazıb.
Morawiecki qeyd edib ki, Polşanın təhlükəsizliyini güclü tərəfdaşlar təmin edir, onun sözlərinə görə, bütövlükdə bütün dünyanın təhlükəsizliyini təmin edir. Lakin hələlik alyansdan rəsmi açıqlama verilməyib.
Şayəstə





