YLE: Finlandiya Rusiya avtomobillərinin ölkəyə girişini qadağan etmək niyyətindədir.
Elchi.az xəbər verir ki, Finlandiya Rusiya avtomobillərinin ölkəyə girişinə qadağa tətbiq etmək niyyətindədir. Bu barədə YLE ictimai yayım korporasiyası mənbələrə istinadən məlumat yayıb.
“Finlandiya Rusiya avtomobillərinin ölkəyə idxalını qadağan edəcək… Finlandiya Aİ-nin ümumi, daha sərt xəttini izləmək istəyir”, – nəşr yazır və xarici işlər naziri Elina Valtonenin müvafiq qərarı cümə günü, sentyabrın 15-də açıqlayacağını qeyd edir.
Şayəstə Hüseynova





