Rusiya-Finlandiya sərhədində hasarın sınaq hissəsinin tikintisi başa çatıb. Elchi.az xəbər verir ki, bu barədə Finlandiya Sərhəd Mühafizəsinin rəsmi saytında məlumat verilir.
“Sərhəd Xidməti təxminən üç kilometr uzunluğunda səddini istifadəyə verib”, – deyə agentlikdən bildirilib. Finlandiya sərhədçiləri vurğulayıblar ki, onlar artıq bu hissədə Rusiya ilə sərhəddə patrul xidməti apara biliblər.
O qeyd edir ki, Rusiyanın Svetoqorsk şəhəri yaxınlığında hasarın tikintisi sərhəd təhlükəsizliyinin müasir dövrünü təmsil edir və yeni monitorinq texnologiyası sərhəddəki vəziyyətin tam mənzərəsini təqdim edəcək.
Bundan əvvəl Rusiyanın baş naziri Mixail Mişustin Rusiya ilə Finlandiya arasında transsərhəd əməkdaşlığın təşviqinə dair sazişin dayandırılması haqqında sərəncam imzalayıb.
Havar Şəfiyeva






