Finlandiya Xarici İşlər Nazirliyi bildirib ki, Finlandiyanın Moskvadakı səfirliyi 2023-cü il sentyabrın 1-dən etibarən immiqrasiya və viza məsələləri üzrə yeganə qurum olacaq.
Elchi.az-ın Mk.ru-ya istinadən xəbərinə görə, Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, avqustun 1-dən ölkə Sankt-Peterburqda, o cümlədən VSF viza mərkəzləri vasitəsilə viza ərizələrinin qəbulunu və müştəri xidmətlərini dayandıracaq.
2022-ci il sentyabrın 30-dan Finlandiya səyahət məqsədi turizm olan Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsini dayandırıb. Və bu yaxınlarda – 10 iyul 2023-cü ildən – ölkə rusiyalı tələbələr, iş adamları və mülk sahibləri üçün ölkəyə giriş qaydalarını sərtləşdirib.
Yeganə





