Finlandiya və İsveç Rusiyanın təcavüzü fonunda öz ordularını birləşdirə bilər. Musavat com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə danışan
Finlandiyanın müdafiə naziri Karl Xalqund ölkələrinin müdafiə əməkdaşlığını gücləndirməli olduğuna əmindir.
Finlandiyanın müdafiə naziri Karl Xalqund ölkələrinin müdafiə əməkdaşlığını gücləndirməli olduğuna əmindir.Finlandiya qəzetinə müsahibəsində o, ümid ifadə edib ki, cəmi 5 ildən sonra bu iki ölkənin birgə hərbi-dəniz və hava qüvvələri olacaq. Onun qənaətincə, birgə müdafiə daha effektli ola bilər, Finlandiyanın isə sualtı qayıqları var.
Nazirin sözlərinə görə, bundan ötrü bir sıra siyasi qərarlar qəbul edilməli, o cümlədən İsveç ilə müdafiə ittifaqı yaradılmalıdır.
Az öncə bənzər təşəbbüslə İsveçin hərbi-dəniz qüvvələrinin komandanı, general Sverak Qeranson çıxış eləmişdi.



