Finlandiyada Qərbi Nil virusunu yayan, əvvəllər ölkədə qeydə alınmayan ağcaqanad “Culex Modetus” növü aşkar edilib.
Elchi.az xəbər verir ki, bu barədə Helsinki Universitetinin mətbuat xidməti məlumat yayıb .
Virusologiya şöbəsinin əməkdaşı Lorna Kalvervellin sözlərinə görə, indiyədək bu tip ağcaqanadların yalnız bir nümayəndəsi tapılıb. Finlandiyanın Pori şəhəri yaxınlığında tapılıb. Bundan əvvəl “Culex Modetus” ağcaqanadlarının görünüşü Rusiyanın Leninqrad vilayətində və İsveçin Skane şəhərində qeydə alınıb.
Əksər hallarda Qərbi Nil virusu insanlarda qızdırma, baş ağrısı və əzələ ağrısı kimi simptomlarla yüngül infeksiyaya səbəb olur. Bəzi hallarda virus nevroloji xəstəliyə səbəb ola bilər.
Nuranə Məmmədova





