Finlandiya hakimiyyəti Ukraynaya 8,3 milyon avro məbləğində hərbi yardımın köçürülməsinə qərar verib.
Bu barədə Finlandiya müdafiə naziri Antti Kaykkönen bildirib.
Onun sözlərinə görə, bununla da ölkənin müdafiə ehtiyacları üçün Kiyevə ayırdığı vəsaitin ümumi həcmi 92,3 milyon avro təşkil edəcək.
“Ukraynanın müdafiə mübarizəsi davam edir, yardıma ehtiyac yüksək olaraq qalır”, – müdafiə naziri deyib.
Texasda daşqın: 1 uşaq öldü
ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...




