Finlandiya hakimiyyətinin Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamaq qərarı irrasionaldır. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Aleksandr Qruşko bildirib.
“Biz bəzi rasional qərarları şərh edə bilərik, sonra məntiq axtara bilərik. Qərar isə irrasionaldır”, – diplomat Primakov oxunuşları forumunun kənarında deyib.
Bundan əvvəl Finlandiya hakimiyyəti sığınacaq axtaranlar üçün Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamaq qərarına gəlib. Keçid məntəqələri noyabrın 30-dan dekabrın 13-dək bağlı olacaq. Sərhəddən yalnız yük daşınmasına icazə veriləcək. lakin, sığınacaq tələbləri hələ də limanlarda və hava limanlarında təqdim edilə biləcək.
Havar Şəfiyeva






