“Mən düşmənlərimin nöqtəsini də yığıram, vergülünü də. Ona görə düz eleyib mənimlə danışmırlar.”
Elchi.az xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova ANS TV-nin efirində yayımlanan “Bir gün” verilişində deyib.
Müğənni xanım köhnə “düşmənlər”inə söz atıb: “Mənim Faiq Ağayev, İlhamə Quliyeva, Sərxan Kərəmoğlu (aparıcı ilə də qalmaqalı olub – red.) və s. ilə bağlı rəflərim var. Aparıcı Sərxan Kərəmoğlunun ”mənim rəfim ordan hələ çıxmayıb?!” sualını verib. Müğənni isə ”yox hər ehtimala qarşı, heç kəsə inanmıram, o dünyaya, bu dünyaya inanmıram. Elə ki, kimsə özünü sərbəst aparır və mənə qarşı nəsə etmək istəyir, həmin dosyanı çıxarıram”.
Aparıcı müğənniyə Faiq Ağayevlə duet oxuduğu “Əldə bir qədər şərab” mahnısını xatırladıb. Flora Kərimova isə həmkarının hələ də həmin mahnının çörəyini yediyini söyləyərək, mahnının sözlərini zümzümə etməyə başlayıb.
Xatırladaq ki, Flora Kərimova ilə adıçəkilən həmkarları illərdir ki, küsülüdürlər.



