Elchi.az xəbər verir ki,ABŞ-ın Florida ştatında güclü leysan yağıb.
Meteoroloqların “min ildə bir dəfə görüləcək hadisə” olaraq təyin etdikləri yağıntı həyatı iflic etdi.
Floridada daşqınlar çoxlu insanı evlərində qapalı vəziyyətdə qoyub. Xilasedicilər şişmə qayıqlarla xilas etdikləri insanları təhlükəsiz məntəqələrə təxliyə ediblər.
Güclü yağışın təsirinə məruz qalan “Brovar” rayonunda 2 milyon insan üçün daşqın xəbərdarlığı edilib.
Meteoroloqların fikrincə, Florida tarixi günlərdən keçir. Bildirilib ki, bu cür yağıntılar min ildə bir dəfə yaşana bilər.
Nuranə Məmmədova





