ABŞ-ın Florida ştatındakı Hollywood Beach Road-da atışma baş verib. Hücum nəticəsində 9 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, ABŞ-ın Florida ştatındakı Hollywood Beach Road-da silahlı şəxs ətrafa atəş açıb.
Polis sözçüsü hadisə nəticəsində 9 nəfərin yaralandığını bildirib.
Hadisə yerinə çoxlu sayda polis və tibb qrupu göndərilib.
Böyük çaxnaşma yaşanan çimərlikdə olanlar yaralılara ilkin tibbi yardım göstəriblər.
Xəsarət alanlar arasında uşaqların da olduğu bildirilib. Bir şübhəlinin saxlanıldığı, digər şəxsin isə axtarıldığı qeyd edilib.
Şayəstə Hüseynova





