Floridada “İdalia” qasırğası zamanı ABŞ ştatının qubernatoru Ron DeSantisin evinə ziyan dəyib. Siyasətçinin ailəsi evdə olarkən yüz illik nəhəng palıd ağacı binanın üzərinə çöküb. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Qubernatorun həyat yoldaşının sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb. Avqustun 30-da Tallahassi şəhərində yarılmış ağac yıxılaraq mülkün kənarına dəyib.
Havar Şəfiyeva






