Amerika fond bazarında Dow Jones indeksi 0,61% – 17 320,71 bəndədək, S&P 500 0,92%- 1 992,67 bəndədək, NASDAQ 1,48% –
4 570,82 bəndədək azalıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,73% – 6 498,78 bəndədək, Fransa CAC-40-ı 2,37% – 4 323,20 bəndədək, Almaniya DAX-ı isə 2,20% -10 032,61 bəndədək bahalaşıb.
Asiya fond bazarında Nikkei 225 indeksi 1,81% – 16,799 bəndədək, Hang Seng 0,94% – 24 121,84 bəndədək azalıb, Shanghai 0,97% -3 368,71 bəndədək artıb.
COMEX-də qızılın bir unsiyasının qiyməti sonuncu 5,50 dollar ucuzlaşaraq 1 259,30 dollara, gümüş isə 0,03 dollar ucuzlaşaraq 17,07 dollara satılıb.



