"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Formula-1”: Azərbaycan Qran-prisi start götürür – FOTO

23 İyun 2017 - 13:44
in İDMAN

Nico Hulkenberg (GER) Sahara Force India F1 VJM09 leaves the pits. European Grand Prix, Friday 17th June 2016. Baku City Circuit, Azerbaijan.

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Bu gün Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək.

Elchi.az-ın Apasport-a istinadən məlumatına görə, paytaxtımızda ardıcıl ikinci dəfə keçiriləcək yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb.

Yarışın ilkin mərhələsi “Formula-2” iştirakçılarının birinci sərbəst yürüşü ilə başlayacaq. Mövsümün 8-ci yürüşündə saat 13:00-da “Formula-1” pilotları start xəttinə çıxacaqlar. Bu yarış bitdikdən sonra yenidən “əvəzedicilər” mübarizəyə başlayacaqlar. Onlar növbəti gün üçün sıralarını müəyyənləşdirəcəklər.

İlk mərhələnin son yarışında “Formula-1” iştirakçıları ikinci sərbəst yürüşlərini keçirəcəklər. Günə Tarkanın konserti ilə yekun vurulacaq.

Şənbə və bazar günləri hər bir Formula-1 Qran-prisi üçün əsas günlərdi. Belə ki, sabah “Formula-2” yarışlarında birinci yarış, həmçinin “Formula-1”də üçüncü sərbəst yürüş və sıralama turu planlaşdırılır. Bu dəfə gün “The Black Eyed Peas” qrupu və Nikol Şerzingerin konserti ilə yükunlaşacaq.

İyunun 25-də “Formula-2”də ikinci yarış təşkil olunacaq. Ardınca əsas mübarizəyə hazırlıq başlayacaq. Pilotların paradı, Grid təqdimatı olacaq və Azərbaycan himni səslənəcək. Saat 17:00-da Qran-prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması və Meraya Kerinin konserti nəzərdə tutulub.

Bu mərhələyə də əvvəlki yarış kimi 10 komandanın heyətində 20 pilot qatılacaq. Ölkəmizdə “Mercedes”in heyətində Luis Hamilton, Valterri Bottas, “Ferrari”nin heyətində Sebastyan Fettel, Kimi Raykkonen, “Red Bull”un heyətində Daniel Rikkardo, Maks Ferstappen, “Force İndia”nın heyətində Serxio Peres, Esteban Okon, “Toro Rosso”nun heyətində Daniel Kvyat, Karlos Sayns, “Willams”ın heyətində Felipe Massa, Lens Stroll, “Renault”un heyətində Niko Hülkenberq, Colion Palmer, “Haas”ın heyətində Roman Qrojan, Kevin Maqnussen, “Sauber”in heyətində Markus Eriksson, Paskal Verlyayn, “McLaren Honda”nın heyətində Fernando Alonso və Stoffel Vandorn sürətini yoxlayacaq.

Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Bolidlər burdan başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Qeyd edək ki, martın 26-da Avstraliyada start götürən mövsümdə 7 mərhələdən sonra pilotların mübarizəsində 141 xalla “Ferrari”nin pilotu Sebastiyan Fettel (93 xal) liderdi. Onu “Mersedes”dən Luis Hamiltonla (129 xal) Valterri Bottas izləyir.

Komanda hesabında isə “Mersedes” 222 xalla birincidi. “Ferrari” 214 xalla ikinci, “Red Bull” 112 xalla üçüncüdü.

Bakı Şəhər Halqası

Döngə sayı – 20

Dövrə – 51

Əsas yarış günü – 25 iyun

Halqanın uzunluğu – 6,003 km

Ümumi məsafə – 306,049 km

Rekord – Niko Rosberq 1:46.485 (2016)

 

Azərbaycan Qran-prisinin proqramı

23 iyun, cümə

11:00 11:45 FIA Formula-2 Sərbəst yürüş
12:00 12:45 Paddock Club Paddock Club üzvləri üçün Pit Leyn gəzintisi
13:00 14:30 Formula-1 Birinci sərbəst yürüş
15:00 15:30 FIA Formula-2 Sıralanma turu
15:40 16:45 Paddock Club Paddock Club üzvləri üçün Pit Leyn gəzintisi
17:00 18:30 Formula-1 İkinci sərbəst yürüş

 

24 iyun, şənbə

10:00 11:25 Paddock Club Paddock Club üzvləri üçün Pit Leyn gəzintisi
11:00 11:30 Formula-1 Komandaların pit stop təlimi
12:00 13:05 FIA Formula-2 Birinci yarış (29 dövrə və ya 60 dəq.)
14:00 15:00 Formula-1 Üçüncü sərbəst yürüş
15:05 16:40 Paddock Club Paddock Club üzvləri üçün Pit Leyn gəzintisi
17:00 18:00 Formula-1 Sıralanma turu

 

25 iyun, bazar

12:25 13:25 Paddock Club Paddock Club üzvləri üçün Pit Leyn gəzintisi
14:00 14:50 FIA Formula-2 İkinci yarış (12 dövrə və ya 45 dəq.)
15:00 16:00 Paddock Club Paddock Club üzvləri üçün Pit Leyn gəzintisi
15:30 15:45 Formula-1 Pilotların paradı
15:45 16:15 Formula-1 Grid təqdimatı
16:45 Formula-1 Dövlət Himni
17:00 19:00 Formula-1 Azərbaycan Qran-prisi (51 dövrə və ya 120 dəq)
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ramazan tətili başlayır

Next Post

Şimşək çaxacaq, yağış yağacaq

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post

Şimşək çaxacaq, yağış yağacaq

Azərbaycanda yenilik - su qiymətinə təyyarə bileti satılacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.