“Formula-1” üzrə Rusiya Qran-prisi ləğv olunub.
Bu barədə dünya çempionatının təşkilatçıları qərar qəbul edib.
Bildirilib ki, sentyabrın 25-də Soçidə gerçəkləşməli olan Rusiya Qran-prisi baş tutmayacaq. Bu isə mərhələ sayının 23-dən 22-yə enməsinə səbəb olub.
Qeyd edək ki, “Formula-1” mövsümünə martın 20-də Bəhreyndə start veriləcək. 10-12 iyunda Bakıda Azərbaycan Qran-prisi keçiriləcək.






