"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`Formula-1`dən sonra müharibə xəbərdarlığı

08 May 2016 - 13:58
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Aprel ayındakı 4 günlük müharibə bir neçə nəsil idi ki, dondurulmuş vəziyyətdə qalan Dağlıq Qarabağ münaqişəsinin “buzunu əritdi”.

Bu barədə məşhur britaniyalı jurnalist, analitik və Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal “Politoco Europe” qəzetində dərc etdiyi məqaləsində yazır.

Tomas de Vaal: “Danışıqlar zamanı irəliləyiş əldə olunmasa, Azərbaycanı qane etməyən təkliflər irəli sürülsə böyük hərbi əməliyyatlar başlayacaq.”

Onun sözlərinə görə, atəşkəs rejiminin bərpa edilməsi barədə razılıq əldə olunsa da bu baş vermədi. “Mübaliğəsiz deyə bilərəm ki, Azərbaycan və Ermənistan Bosniya münaqişəsinin 2-3 addımlığındadır, Bu isə bütün rehgion üçün zərərli ola bilər”, – analitik həyəcan təbili çalaraq bildirir.

T.Vaal qeyd edir ki, Qarabağ üzrə əldə olunan razılaşma bir neçə il idi ki, gərginlik altındadır. Hər iki tərəf qoşunların təmas xəttinə ağır texnikasını yeridib

“Aprelin 2-də atəşkəsin pozulması böyük çata səbəb oldu. Böyük ehtimalla Azərbaycanın məqsədi Ermənistan ordusunun müdafiəsini yoxlamaq və erməniləri danışıqlar masasına daha zəif halda oturtmaq olub. Azərbaycan Ordusu işğal altında olan ərazilərin bir hissəsini azad etdi və sağlam qüruru yenidən bərpa etdi”, – Qarabağ üzrə mütəxəssis yazır.

Qarabağda gərginliyin yenidən artacağını qeyd edən T.Vaal məqaləsində bildirir ki, hər iki tərəfin kütləvi şəkildə silahlanması ondan xəbər verir ki, yeni toqquşma 1991-1994-cü illərdən fərqli olaraq daha dağıdıcı ola bilər.

“Bundan başqa, qonşu ölkələrdə də narahatlıq artır. Məsələn, azərbaycanlı və ermənilərin yaşadığı Gürcüstanda. Bakı-Tbilisi-Ceyhan neft kəməri bu ölkədən keçir və hədəf seçilə bilər. Beləliklə, təhlükəsizlik vakuumu ya ciddi sülh danışıqları, ya da böyük toqquşmalarla dolacaq”, – məqalədə vurğulanır.

Analitik hesab edir ki, Azərbaycan yeni danışıqlar prosesi istəyir və hərbi gücündən rıçaq kimi istifadə edir. Ermənistan hərbi təzyiq altında razılığa gəlmək istəmir və təhlükəsizlik qarantiyası tələb edir.

T.Vaalın sözlərinə görə, Azərbayca və Ermənistan arasında balanslaşdırılma bundan xəbər verir ki, Rusiya Qarabağda gündəmi müəyyən iqtidarında deyil. Rəsmi Bakı kimi İrəvanın da Rusiyanın niyyətləri ilə bağlı şübhələri var.

Analitik hesab edir ki, hər iki tərəf Rusiyanın regionda təsir gücünü artırmaq məqsədilə sülhməramlıların yerləşdirilməsi planını bloklaya bilər.

“Buna görə də əgər vəziyyət gərginləşərsə, “Rusiya bunun öhdəsindən gələcək” demək bir az sadəlövhlük olar. Bu isə Amerika Birləşmiş Ştatları və Fransa üçün problemlər yaradır. Heç bir ölkə beynəlxalq balanslaşdırma planını təklif etmək üçün kifayət qədər iş görməyib”, – Vaal bildirir.

Onun fikrincə, Qarabağ münaqişə üzrə danışıqlarda irəliləyiş əldə olunmasa, Azərbaycanı qane etməyən təkliflər irəli sürülsə böyük ehtimalla Bakıda keçirilən “Formula-1” yarışlarından sonra, iyunun sonlarında yeni müharibə başlayacaq.

“Biz ancaq ümid edə bilərik ki, Qafqazda çox intensiz hərbi əməliyyatlar və bunun region üçün təhlükəsi çoxdandır davam edən münaqişənin həllinə diqqəti yönəldəcək, – məqalədə deyilir.

2016-cı il “Formula-1” Avropa Qran-Prisi 17-18-19 iyun tarixlərində keçiriləcək.

Son bir ayda Tomas de Vaalın bu ikinci müharibə xabərdarlığıdır. Bundan əvvəl aperlin 8-də analitik Qarabağla bağlı məqaləsində qeyd etmişdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri “çemodan diplomatiyası” yürüdürlər – regiona gəlib-gedirlər, başqa heç nə etmirlər: “Bu münaqişəni həll etmək üçün Amerika Birləşmiş Ştatları, Rusiya və Fransanın birgə səyləri ilə kompleks beynəlxalq sülhməramlı əməliyyatlara start verilməlidir. bu çox ciddi çağırışdır. Cənubi Qafqazda fəlakət gətirən müharibənin yanında heçdir. Nə qədər ki, gec deyil, münaqişə böyük dövlətlərin fəaliyyəti nəticəsində sülh yolu ilə həllini tapmalıdır”. (Ans)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kim Çen In: “Keçmiş düşmənlərlə münasibətlər normallaşdırılacaq”

Next Post

Bankların kredit fırıldağı: borcu olanlar çətin durumda… (VİDEO)

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bankların kredit fırıldağı: borcu olanlar çətin durumda... (VİDEO)

İran ordusu Suriyada mühasirəyə düşdü — 45 ölü, yaralıların sayı getdikcə artır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.