Formula Regional Avropa Çempionatında dəhşətli qəza baş verib.
Hollandiyalı pilot “Dilano Van’T Hoff” Formula Regional Avropa Çempionatının Belçika oyununda dəhşətli qəzada dünyasını dəyişib.
Elchi.az “Haber Global”a istinadən xəbər verir ki, Belçikanın “Spa-Francorchamps” trekində keçirilən yarış zamanı pis hava şəraiti və görmə məsafəsinin azalması səbəbindən zəncirvari qəza baş verib.
“MP Motorsport” komandasında yarışan hollandiyalı pilot “Dilano Van’T Hoff”un qəza görüntülərində sükan idarəetməsini itirərək fırlandığı və başqa bir sürücünün maşınına çırpılması nəticəsində öldüyü görülüb.
İkinci mövsümünü “FRECA”-da keçirən 18 yaşlı gənc yarışçı 2022-ci ildə Barselonada keçirilən yarışda podiuma yüksəlib.
Ferrari sürücüsü “Carlos Sainz” də ağrılı qəzadan danışdı; Spadan dəhşətli xəbər. “Dilano Van’T Hoff”un iştirak etdiyi böyük qəzadan sonra dünyasını dəyişdiyini öyrəndik. Motorsport ailəsi üçün çox kədərli bir gün. Yaxınlarına və ailəsinə başsağlığı verirəm”.
2019-cu ildə Belçikanın “Spa-Francorchamps” trassında daha bir ölümlə nəticələnən qəza baş verib. Formula 2 yarışçısı “Antoine Hubert” də 170 km/saat sürətlə qəzaya uğrayaraq dünyasını dəyişib.
Nuranə Məmmədova





