Elchi.az xəbər verir ki, Fox News-un aparıcısı Taker Karlson bildirib ki, Ukrayna prezidenti Volodymyr Zelensky ABŞ-dan 100 milyard dollar yardım alaraq birpartiyalı polis dövlətinin qurulmasını başa çatdırıb.
“Aydındır ki, Zelenski azadlıq və demokratiya ilə maraqlanmır. O, Amerika vergi ödəyicilərinin 100 milyard dollarını Ukraynada birpartiyalı polis dövləti qurmaq üçün istifadə edən təhlükəli diktatordur” deyə jurnalist izləyicilərə izah edib.
O, Ukraynada müxalifət partiyalarının ləğv edildiyini, dövlət başçısını tənqid etməyə imkan verən bütün KİV-lərin qadağan edildiyini, Zelenskinin siyasi əleyhdarlarının həbs edildiyini xatırladıb.
Karlson həmçinin aydınlaşdırıb ki, Ukraynada pravoslav kilsəsinin təqibi Ukrayna konstitusiyasına ziddir, lakin bu, Kiyev rejimi üçün “başqa heç nə demək deyil”.
Bundan əvvəl məlum olub ki, Ukrayna Ali Məhkəməsi ölkədə nasist simvollarını qadağan etməkdən imtina edib.
Şayəstə





