Avropa İttifaqı Fransanın daxili işlərinə, o cümlədən milli polisin işinə qarışmamalıdır. Elchi.az “Politico” ya istinadən yazır ki, bunu Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Lorens Bun deyib.
Onun fikrincə, Brüssel iğtişaşlar zamanı Fransa polisindən necə istifadə olunması ilə maraqlanmamalıdır. O, bundan əvvəl zorakılığın həddən artıq yüksək olması ilə bağlı narahatlığını bildirən Avropa komissarı Didier Reyndersə belə cavab verib.
Bundan əvvəl Reynders Belçika radiosuna verdiyi müsahibədə Fransa polisinə iğtişaşlar zamanı öz tərəfində olan zorakılıq səviyyəsi barədə düşünməyi təklif edib.
Havar Şəfiyeva




