Fransa iğtişaşların yenidən alovlanacağından ehtiyat edərək gələn həftə Bastiliya Günü həftəsonu atəşfəşanlığın satışını və istifadəsini qadağan edib.
Elchi.az bu barədə BFMTV.com-a istinadən xəbər verir.
“Ciddi ictimai iğtişaşların qarşısını almaq üçün 14 iyul bayram tədbirləri zamanı, iyulun 15-i daxil olmaqla, bütün Fransa ərazisində pirotexniki əşyaların və atəşfəşanlıq materiallarının satışı, daşınması və istifadəsi qadağandır”, – Fransa hökumətinin rəsmi jurnalında dərc olunan qərarda deyilir.
Dərhal qüvvəyə minən sərəncam bayram münasibətilə atəşfəşanlıq təşkil edən peşəkarlara və yerli rayonlara şamil edilmir.
Fransanın baş naziri Elizabet Burne 13-14 iyul tarixlərində Fransız xalqını qorumaq üçün kütləvi tədbirlər vəd edib və bunu həssas günlər adlandırıb.
BFMTV xəbər verir ki, Born Fransa hökumətinin ölkədə son iğtişaşlarda iştirak edən azyaşlıların valideynlərinə cərimə tətbiq edilməsi imkanını müzakirə etdiyini də təsdiqləyib.
Fransanın daxili işlər naziri Cerald Darmanenin sözlərinə görə, son iğtişaşlar zamanı 12 və 13 yaşlı azyaşlılar həbs edilib.
Darmanen keçən həftəsonu jurnalistlərə açıqlamasında Fransa polisi tərəfindən həbs edilən minlərlə adamın orta yaşının 17 olduğunu açıqlayıb.
Yeganə




