"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Fransa Azərbaycan-Ermənistan sərhədindəki toqquşmaların yaratdığı yeni xəritəni dəyişdirə bilməyəcək”

28 Sentyabr 2022 - 12:35
in MÖVQE

“Sentyabrın 27-də Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşdü.
Makron Azərbaycana çağırış edərək sərhəddə əvvəlki mövqelərə qayıtmağın vacibliyini önə çəkdi, Paşinyan isə Makronun mövqeyindən ilhamlanaraq sərhəddəki uğursuzluqları “Azərbaycan Qarabağla danışıqlar aparsın” deməklə kompensasiya etməyə çalışdı.
Paşinyanın hiyləgər və ikibaşlı açıqlamaları Fransanın qlobal siyasətdə uğursuzluqlar dərəsinə yuvarlanmasını ört-basdır etməsinə yardımçı olur.”

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov FB hesabında bildirib:

“Fransa yedəyinə aldığı Ermənistan vasitəsilə özünün təşəbbüskar və həlledici oyunçu olduğu fikirlərini tirajlayır, lakin qlobal miqyasda Parisin Makron kimi siyasətçi üzündən hörmətsizliklər burulğanına itələnməsi getdikcə sürətlənir.
Ona görə də Makronun Paşinyanla görüşdən sonrakı bəyanatının izlərini həm də onun beynəlxalq siyasətdəki zəifləyən rolu kontekstində qiymətləndirmək zərurəti ortaya çıxır.
Böyük Britaniya, ABŞ və Avstraliya 2021-ci ilin sentyabrında üçtərəfli müqavilə (AUKUS paktı) imzalayandan sonra Makron əsəbindən zəncir çeynəyir, çünki bu, Parisin qlobal sıxışdırılmasına başlanıldığının və onun müstəqil güc olmaq istəklərinə qarşı sədd çəkilməsinin göstəricisi idi.
Bununla da Fransa Asiya-Sakit okean regionunda maraqlarının ofsaydda qalması təhlükəsi ilə üzləşir, ardınca isə Rusiya-Ukrayna müharibəsinin meydana çıxması Paris üçün də növbəti uğursuzluq pəncərəsi açır.
Fransa Rusiya ilə isti münasibətlər sisteminə üstünlük verdiyindən Makron Qərbin birləşmiş gücü tərəfindən sülhpərvər moderatorluq missiyası ilə təlimatlandırıldı. Ancaq Makron Rusiya Prezidenti Vladimir Putini Ukraynada müharibə başlatmaqdan çəkindirə bilmədi, əksinə, Kremldə Putin tərəfindən alçaldıcı şəkildə qəbul edildi.
Müharibə başlayandan sonra da Makron Ukraynaya həlledici dəstək vermək əvəzinə, Kiyevə ilıq dəstək nümayiş etdirdi və Putinlə danışıqları davam etdirmək əzmini göstərdi. Bu qədər səyə rəğmən, Makron Qərbin nüfuzlu lideri statusuna sahiblənmir, onun Moskvaya baxış bucağı Fransanın Qərbdə vizyonunu inkişaf etdirmək imkanını əldən verir.
Beləcə, Fransanın tam spektrli güc olmaq iddiası əsaslı şəkildə zəifləyir, hərçənd ki, Fransa hələ də geniş diapazonlu diplomatik şəbəkəsindən qopmayıb.
Fransanın strateji oturuşu-duruşu Britaniyanı da hiddətləndirir və tərəflər bir-birinin paxırlarını açmaq səylərinə girişirlər. Ambisiyaları böyüyən və praktiki faydalar qazanan Britaniya Fransanı qlobal liderlik zirvəsindən üzüaşağı itələməkdə maraqlıdır.
Britaniyanın bu yanaşması davamlı olacaq və o, ABŞ-la birlikdə Fransanı sıxışdırmaq prosesini sistemli hala salacaq.
Vəziyyətin özü üçün qlobal səviyyəli fəlakətlər açacağını görən Fransa gözünü Cənubi Qafqaz regionuna dikməyə məcburdur. Hərçənd ki, ATƏT-in Minsk qrupunun həmsədrlik institutunun da faktiki dəfni Parisin əlindəki daha bir şansın buraxılması deməkdir.
Azərbaycan Ermənistan üzərində qələbə qazandıqdan sonra Türkiyənin Cənubi Qafqaz regionuna gəlişi Makronun sinirlərini gərir və o, bu zaman Ermənistana dəstək durmaqdan başqa çarə tapmır.
Fransadakı erməni icmasının qanayan yarasını sarımaq da bunun səbəbləri sırasında dayanır, üstəgəl Makron Fransanın ənənəvi erməni sevgisinə sadiqliyini də nümayiş etdirir.
Makron bu amillərə görə indi Cənubi Qafqaz regionunu yağlı tikə kimi nəzərdən keçirir, lakin onun təşəbbüs və təklifləri Azərbaycan üçün həlledici, cəlbedici deyil.
Ona görə də Makronun Paşinyanla görüşü, verdiyi bəyanat Azərbaycanın Türkiyə ilə birgə atdığı addım səslərini batırmaq gücündə olmayacaq.
Makron hər şeyi anlayır, o, Paşinyanla müzakirələrdən sonra Azərbaycan Prezidenti İlham Əliyevə də zəng edib və görünür ki, Bakıya sərf etməyən və erməni maraqlarını gücləndirə biləcək hansısa “sülh təklifi” ilə çıxış edib.
Paşinyana gəlincə, onun “Azərbaycanla Dağlıq Qarabağ arasında danışıqlar başlasın” deməsi və burada Fransanın roluna vurğusu Bakı üçün formal sərsəmləmədir. Çünki nə Dağlıq Qarabağ deyilən ərazi vahidi, nə də orada müstəqil bir qurum var, bir neçə erməni separatçısı isə qondarma subyektin qalıqlarıdır.
Paşinyan əslində “Qarabağ mövzusu bizlik deyil” deyir və məqsədi Azərbaycanın Qarabağda başlada biləcəyi antiterror əməliyyatlarına görə özünün məsuliyyətini kənara atmaqdır.
PROQNOZ:
Fransa Azərbaycan-Ermənistan sərhədindəki toqquşmaların yaratdığı yeni xəritəni dəyişdirə bilməyəcək.
Paşinyanı vəcdə gətirən vədlərdir, ancaq o başa düşür ki, onun danışıqlarda bir cür, danışıqlardan sonra fərqli formada davranışları Azərbaycana sərhəddə hərbi əməliyyatları, Qarabağda isə antiterror əməliyyatını bərpa etmək hüququ verir.
Bu mənada, Fransanın tələblərinə arxalanıb baş qaldırmaq Ermənistanla sərhəddə yeni hərbi toqquşmanı qaçılmaz edəcək və Azərbaycan növbəti uğurlu əməliyyata imza atacaq”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Tələbələrimiz ən çox bu ölkələrdə oxumağı seçir – SİYAHI

Next Post

Köçəryan yenə revanşist çıxış etdi – O, müharibə istəyir

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Köçəryan yenə revanşist çıxış etdi – O, müharibə istəyir

Köçəryan yenə revanşist çıxış etdi - O, müharibə istəyir

MİDA-da ilk və sonuncu mənzilin satışı hansı müddətdə baş tutub?

MİDA-da ilk və sonuncu mənzilin satışı hansı müddətdə baş tutub?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.