Fransa Ermənistan və Azərbaycanın delimitasiya və demarkasiya prosesinin başlanması imkanını dəstəkləyir və bu məsələnin həlli üçün sülh atmosferinin yaradılmasının vacibliyini qeyd edir.
Bunu “Armenpress” agentliyinə müsahibəsində Fransanın Ermənistandakı səfiri Ann Luyo deyib.
“Təbii olaraq, Fransa hesab edir ki, sərhədlərin delimitasiyası və demarkasiyasına nail olmaq vacibdir. Biz beynəlxalq ictimaiyyət kimi bu proseslərin dinc yolla aparılmasına çağırırıq. Aydındır ki, dinc atmosferin formalaşması delimitasiya və demarkasiya işlərinin sürətlənməsinə imkan verəcək”, – deyə o bildirib.





