"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Fransa BMT Təhlükəsizlik Şurasının nüfuzuna xələl gətirir

06 İyul 2023 - 14:54
in GÜNDƏM

Bu gün yeni dünya düzəninin qurulması prosesi, təəssüflər olsun ki, planetin bir çox nöqtələrində yaşanan və böyük insan tələfatına gətirib çıxaran hərbi münaqişələrlə müşayiət olunmaqdadır. Bunun əsas səbəbi beynəlxalq hüququn işləməməsi, bəzi böyük dövlətlərin öz gücünə arxalanaraq daha zəif ölkələrin daxili işlərinə qarışması, onların ərazi bütövlüyünə və suverenliyinə təhdid yaratması cəhdləridir. Gözləmək olardı ki, məhz bu kimi problemlərin həlli, dövlətlərarası münasibətlərin tənzimlənməsi məqsədilə yaradılmış beynəlxalq təşkilatlar belə məqamlarda qəti tədbirlər görməklə prosesləri sülh yoluna yönəldəcəklər. Keçirilən toplantılar, qəbul edilən qətnamələr isə heç bir nəticə vermir. Azərbaycan özünün 30 illik təcrübəsindən bunu ən yaxşı bilən ölkələrdəndir.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bu kontekstdə BMT Təhlükəsizlik Şurasının fəaliyyətinin qeyri-qənaətbəxş olduğunu və müasir dünyanın çağırışlarına cavab vermədiyini vurğulayıb:

“BMT Təhlükəsizlik Şurası Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyan ali orqandır. Lakin XXI əsrin reallıqları göstərir ki, bu qurum öz funksionallığını, demək olar ki, tamamilə itirib. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyulun 5-də Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurasını keçmişin qalığı kimi səciyyələndirən dövlətimizin başçısı bu orqanda daha çox ölkənin təmsil olunmasının və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin zəruri olduğunu qeyd etdi. Fransa kimi özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən, əslində isə Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyən, Qəmər adalarının Mayot adası üzərində suverenliyini, həmçinin Yeni Kaledoniya xalqının, eləcə də özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarını kobud şəkildə pozan bir ölkənin Təhlükəsizlik Şurasında beş əsas söz sahibindən biri olması, bu ali orqanın nüfuzuna qətiyyən hörmət gətirə bilməz”.

K.Qafarov Fransada son dönəmlərdə baş verən hadisələrin bu dövlətin böyük siyasi və mənəvi tənəzzül yaşamasının nəticəsi olduğunu qeyd edib:

“Möhtərəm Prezidentimizin dediyi kimi, Fransa bu gün özünün neokolonializm siyasətini davam etdirməyə çalışır. Bu, çox təhlükəli bir tendensiyadır. Son vaxtlar bu ölkədə gedən mürtəce proseslər, baş verən qanlı hadisələr təhlükənin nə qədər real və böyük olduğunu göstərir. Fransa mediasında müəyyən etnik azlıqlara qarşı irqçi fikirlər davamlı və geniş şəkildə yayılmaqdadır. Rəsmi şəxslərin, hətta parlament üzvlərinin irqi nifrət xarakterli çıxışları getdikcə artmaqdadır. Təkcə Əlcəzairdə müstəmləkə dövründə 1,5 milyona yaxın yerli sakini qətlə yetirən və bu azmış kimi, əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərini müharibə qənimətləri kimi hələ də Paris muzeyində saxlayan dövlətin ərazisində nəinki digər millətlərin nümayəndələri, hətta yerli sakinlər də özlərini təhlükəsizlikdə hiss edə bilməzlər. Öz çıxışında “Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik” – deyən Azərbaycan Prezidenti növbəti dəfə prinsipial mövqeyini ortaya qoyaraq dünyada sülhün və sabitliyin bərpası üçün konkret addımların atılmasının zəruriliyini bir daha hər kəsin diqqətinə çatdırdı. Prezident İlham Əliyev Fransanın törətdiyi qanlı müstəmləkə cinayətlərinə görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu qeyd edərək bildirdi ki, bu addım ölkənin əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edə bilər”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

DİM qəbul imtahanları ilə bağlı məlumat yaydı

Next Post

“Ukrayna Qərb tərəfindən işğala hazırlanır” – Zaxarova

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
“Ukrayna  Qərb tərəfindən işğala hazırlanır” – Zaxarova

"Ukrayna Qərb tərəfindən işğala hazırlanır" - Zaxarova

İsrail Livanın sərhəd kəndini işğal edib

İsrail Livanın sərhəd kəndini işğal edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.