
2015-ci il mart ayın 10-da, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycan
təhsil sahəsinin dörd nümayəndəsini Akademik Palma (Kavaler dərəcəsi) ordeni ilə təltif edib. Bu barədə musavat.com-a səfirliyin mıətbuat xidmətindən xəbər verilib.
Bildirilir ki, aşağıdakı şəxslər təltif olunublar:
•Əli Allahverdiyev, Naxçıvan Dövlət Universitetinin fransız dili kafedrasının
direktoru,
• Gülbəniz Camalova, Azərbaycan Dillər Universitetin dosenti və
Təhsil Problemləri İnstitutunun fransız dili üzrə koordinatoru,
• Sara Xanlarova, 132-134 nömrəli təhsil kompleksinin direktoru,
• Qüdrət Muradov, Kiş kəndinin 1 nömrəli orta məktəbinin fransız dili müəllimi.
Bu ordenin təltifi ilə, Fransa Respublikası onların Azərbaycanda fransız dilinin inkişafı və
yayılması üçün göstərdikləri səyləri yüksək qiymətləndirərək onlara ehtiram göstərir.



