Onun sözlərinə görə, bu, nəzarətsiz mühacirətin qarşısını almağa kömək edəcək.
Elchi.az xəbər verir ki, Fransa ölkədə yeni iğtişaşların qarşısını almaq üçün Şengen zonasını tərk etməlidir. Bu sözləri Fransa parlamentinin üzvü, “Qalx, Fransa” siyasi hərəkatının lideri Nikola Düpon-Aignan CNews.ru telekanalının efirində deyib.
“Biz bunu dayandırmalıyıq. Milli sərhədlərin yaradılmasını və Şengendən çıxmağı tələb edən yeganə şəxs mənəm, – deputat Fransadakı nəzarətsiz mühacirətdən danışıb.
O, həmçinin vurğulayıb ki, Fransadakı iğtişaşların əsas səbəbi miqrantlarla bağlı problemdir.
Şayəstə Hüseynova




