Fransa Hindistanın Baş naziri Narendra Modini Bastiliya Günü qeyd etmələri zamanı qırmızı xalı ilə qarşılamağa hazırlaşır. Bu jest Fransanın dünyanın ən böyük demokratiyası və sürətlə inkişaf edən iqtisadiyyatı olan Hindistanla daha sıx əlaqələr qurmağa can atdığını vurğulayır.
Elchi.az Geo News-a istinadən xəbər verir ki, Makronun ofisi açıqlamasında hər iki ölkənin ortaq baxışını vurğulayaraq, “Hindistan-Fransa Strateji Tərəfdaşlığı qlobal yaxşılıq üçün böyük əhəmiyyət kəsb edir”,-deyə bildirib.
Bu addım iki xalq arasında tərəfdaşlığın yeni mərhələsini simvollaşdırır və Fransanın digər Qərb gücləri ilə yanaşı Asiyada artan əlaqəsini ifadə edir. Məqsəd Çinin regionda artan iddialılığına qarşı tarazlıq yaratmaqdır.
Nuranə Məmmədova




