Fransa hakimiyyəti Nigerdəki üsyançıların Afrika ölkəsinin hava məkanını pozmaqda ittihamlarını qəti şəkildə rədd edir. Elchi.az xəbər verir ki, Parisin xunta nümayəndələrinin bəyanatına reaksiyasını Fransa hökumətindəki mənbələrə istinadən “Agence France-Presse” yayıb.
Agentlik mənbələrinin məlumatına görə, Nigerin hava məkanını pozduğu iddia edilən uçuş bu ölkə ordusu tərəfindən koordinasiya edilib. Paris əmin etdi ki, bir dənə də olsun terrorçu fransız qüvvələri tərəfindən azad edilməyib.
Nigerdə daha əvvəl hakimiyyəti ələ keçirmiş üsyançılar Fransa hərbçilərini ölkənin hava məkanını pozmaqda ittiham ediblər. Onlar həmçinin Fransa qüvvələrinin Milli Qvardiyaya hücumu barədə məlumat veriblər.
Havar Şəfiyeva






