Fransa prezidenti Emmanuel Makron nüvə silahının onlara sahib olan ölkələrin hüdudlarından kənarda, xüsusən də Avropada yerləşdirilməsinə qarşı çıxıb. O, bu mövqeyini Çin sədri Si Cinpinlə görüşdən sonra keçirilən mətbuat konfransında açıqlayıb. Elchi.az bu barədə TASS – a istinadən yazır.
Fransa lideri vurğulayıb ki, Paris Pekinin Ukrayna münaqişəsində bu tip silahlardan istifadənin qarşısını almaq istəyini bölüşür. “Bu, bu sahədə beynəlxalq müqavilələrə əməl olunmasını nəzərdə tutur”, – Fransa lideri bildirib.
Çinin rəhbəri öz növbəsində Fransa tərəfi ilə birlikdə dünya ictimaiyyətini nüvə silahından istifadənin yolverilməzliyi ilə bağlı öhdəliyi yerinə yetirməyə çağırmağa hazır olduğunu bildirib.
Havar Şəfiyeva






