BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclasının çağırılması təcilidir. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir.“O, Azərbaycanın qəbuledilməz hücumunun yaratdığı regional təhlükəsizlik risklərinə uyğun cavabın verilməsini təmin etmək üçün avropalı tərəfdaşları və ABŞ ilə məsləhətləşmələr aparır”, – nazirliyin bəyanatında deyilir.
Bundan əlavə, departament rəsmi Bakını dərhal hərbi əməliyyatları dayandırmağa və beynəlxalq hüquq normalarına riayət etməyə çağırıb.
Havar Şəfiyeva





