Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidməti Rusiya vətəndaşlarına viza verilməsinə birbaşa qadağaların olmadığını bildirib.
Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, bəzi dəyişikliklər olsa da, vizaların verilməsi davam edir.
“Prinsipcə heç bir qadağa yoxdur. Konsulluq xidmətləri Rusiya vətəndaşlarının viza müraciətlərini qüvvədə olan qanunvericiliyə uyğun olaraq, Avropa İttifaqının (Aİ) və Rusiya arasında viza rejiminin sadələşdirilməsi sazişinin tam dayandırılmasını nəzərə alaraq, baxır”, – Fransa Xarici İşlər Nazirliyinin nümayəndələri bildiriblər.
Xatırladaq ki, bundan əvvəl, aprelin əvvəlində Rusiya Turoperatorları Assosiasiyası bildirmişdi ki, Rusiya Federasiyasında Şengen vizalarına tələsik tələbat yoxdur və orta hesabla üç həftə müddətinə baxılır. Eyni zamanda assosiasiya xatırladıb ki, Yunanıstan, Fransa, İtaliya, İspaniya, Avstriya, Macarıstan və Kipr Rusiya Federasiyası vətəndaşlarına Şengen vizalarının verilməsini davam etdirir.
Yeganə





